Putin: "Rusiya iki dəfə NATO-ya üzv olmaq istəyib"
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.
Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".
Rusiya prezidenti qeyd edib ki, ölkələrin maraqları heç vaxt tam üst-üstə düşmür. O əlavə edib ki, beynəlxalq münasibətlərin bütün tarixi ölkələr arasında öz maraqları uğrunda gedən mübarizədir.
Putin Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı iddialar da münasibət bildirib. O, bu iddiaları cəfəngiyat adlandırıb.
"Avropa Rusiyanın düşmən olması fikrini əsrlər əvvəl uydurub. Avropa elitasının siyasəti yeni bir şey deyil", - o deyib.
Putin Qərb elitasına müraciət edib: "Sakitləşin, dinc yatın və nəhayət, öz problemlərinizlə məşğul olun".
Bununla belə, Putin Avropanın silahlanmasına da münasibət bildirib. O, Moskvanın buna cavabının özünü çox gözlətməyəcəyini söyləyib: "Heç kəs şübhə etmir ki, Rusiyanın Avropanın militarizasiyasına cavabı özünü çox gözlətməyəcək".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


