NATO: "Rusiyadan geri qalırıq"
"Əsas çatışmazlığımız havadan və raketdən müdafiə sistemləri, həmçinin pilotsuz uçuş aparatları (PUA) sahəsindədir. Bu avadanlıqların sürətli istehsalı zəruri hala gəlib. Rusiya hər ay 4-5 min PUA buraxır. Çin də bir çox qabaqcıl texnologiyalar sahəsində bizi üstələyir. Bu imkanlara çatmaqdan çox uzağıq”, - o deyib.
Proqram rəhbərinin sözlərinə görə, NATO ilə Rusiya və Çin arasındakı bu "texnoloji uçurumu" tezliklə aradan qaldırmaq məqsədilə alyansa üzv ölkələrin texnologiya şirkətləri DIANA-ya fəal töhfə verməlidirlər. Ceyms Appaturay, eyni zamanda, diqqətə çatdırıb ki, üzvlərin öz müdafiə xərclərini artırmaları da bu çərçivədə məqsədəuyğundur.
Firudin Həmidli
AzVision.az
Teqlər: NATO Rusiya innovasiya







Vaxtında, Aydın, Lazımlı!


