Qətər ABŞ-dən təhlükəsizlik təminatı alıb

Qətər ABŞ-dən təhlükəsizlik təminatı alıb
  01 Oktyabr 2025    Oxunub:843
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Qətərin təhlükəsizliyinə sadiqliyini əhəmiyyətli dərəcədə gücləndirən fərman imzalayıb.
AzVision.az xəbər verir ki, “Axios” portalnın məlumatına görə, sənəd sentyabrın 29-da, Donald Trampın Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü günü imzalanıb.

“ABŞ Qətərin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücumu Birləşmiş Ştatların sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcək”, - fərmanda vurğulanır.

Qətər: “Dəqiqləşdirmələrə ehtiyac var”
Belə bir hücum olarsa, Vaşinqton həm ABŞ-nin, həm də Qətərin maraqlarını qorumaq, sülh və sabitliyi bərpa etmək üçün bütün qanuni və müvafiq tədbirləri – diplomatik, iqtisadi və lazım gələrsə, hərbi tədbirləri görməyi öhdəsinə götürür.

Xatırladaq ki, Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim, öz növbəsində, ABŞ Prezidenti Donald Trampın Qəzza planında bəzi məqamlar aydınlaşdırma və danışıqlar tələb etdiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Qətər   təhlükəsizlik  



Xəbər lenti