NYT: “Türkiyə HƏMAS-a təzyiq göstərəcək”

      NYT:    “Türkiyə HƏMAS-a təzyiq göstərəcək”
  01 Oktyabr 2025    Oxunub:1145
Fələstinin HƏMAS hərəkatı Qətər və Türkiyənin təzyiqi altında Qəzza zolağında münaqişəyə son qoymaq üçün ABŞ-nin təklif etdiyi planla razılaşa bilər.
AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrində dərc olunan redaksiya məqaləsində belə deyilir.

“HƏMAS qruplaşması və onun rəhbərliyi müharibədən o qədər yorulub və müsəlman ölkələrinin, o cümlədən Qətər və Türkiyədən himayədarlarının elə açıq təzyiqi ilə üzləşiblər ki, sövdələşmə ilə razılaşa bilərlər”, - məqalədə vurğulanır.

Qəzetin fikrincə, HƏMAS-ın Vaşinqtonun təklifini qəbul edib-etməməsindən asılı olmayaraq, təşkilat daha Qəzzada əvvəlki nüfuzunu bərpa edə bilməyəcək və anklavda nəzarəti itirəcək.

Eyni zamanda, razılaşmanın rədd olunması İsraillə davam edən münaqişədən ən çox əziyyət çəkən fələstinlilərin özləri arasında narazılığı artıra bilər.

- Bəzi qəzzalılar HƏMAS-ı özünün siyasi mövcudluğunu saxlamaq üçün onların hesabına müharibə aparmaqda ittiham edirlər”, - materialda bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   HƏMAS   təzyiq  



Xəbər lenti