WP: “Tramp hərbçiləri qıcıqlandırır”

      WP:    “Tramp hərbçiləri qıcıqlandırır”
  30 Sentyabr 2025    Oxunub:767
Amerikalı hərbçilər Donald Tramp administrasiyasının müdafiə strategiyasına və xarici siyasət prioritetlərinə yanaşmasından ciddi narahatlıq ifadə edirlər.
AzVision.az xəbər verir ki, vəziyyətə yaxından bələd olan 3 mənbəyə istinad edən “The Washington Post (WP)” nəşrinin yazdığına görə, geniş dairədə hərbi liderlərə təqdim olunan yeni müdafiə strategiyası layihəsi son dərəcə mənfi reaksiya doğurub. Müdafiə naziri Pit Heqseti və prezident Donald Trampı tənqid edənlər arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də var.

Ordunun əsas narahatlığı Heqsetin Pentaqonun ABŞ-nin daxili işlərinə beynəlxalq münaqişələr və Çinlə rəqabətdən daha çox üstünlük verməli olduğunu düşünməsindən irəli gəlir. Nəşrin yazdığına görə, bəzi hərbi liderlərin fikrincə, təqdim edilən müdafiə strategiyası “yaxıngörən” “əlaqəsiz” dir.

“Nazir Heqset Prezident Trampın məntiqli “Öncə Amerika” gündəminə proqramının həyata keçirilməsinə istiqamətlənmiş milli müdafiə strategiyasının hazırlanmasını tapşırıb. Bu proses hələ davam edir”, - Pentaqonun sözçüsü Şon Parnell nəşrə açıqlamasında deyib.

Oktyabrın 1-də Pit Heqset Virciniyada yüzlərlə amerikalı general və admiralla görüşməyi planlaşdırır. Qəzetin mənbələrinin iddiasına görə, hətta əsas rəhbərlər də görüşün məqsədini başa düşmürlər.

ABŞ prezidenti Donald Tramp isə, bu görüşün hərbi rəislərin döyüş ruhunu yüksəltmək üçün təşkil olunduğunu deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Heqset   hərbçilər  



Xəbər lenti