Nazir: "Pxenyan ABŞ-ni vura bilər"

      Nazir:    "Pxenyan ABŞ-ni vura bilər"
  30 Sentyabr 2025    Oxunub:803
"Şimali Koreya ABŞ-yə zərbə endirmək gücünə malik 3 ölkədən biridir. Bu faktı nəzərdən qaçırmamaq lazımdır".
Bu sözləri Cənubi Koreyanın birləşmə naziri Çon Donyen Almaniyaya səfəri çərçivəsində mətbuata müsahibə verərkən dilə gətirib. O həmçinin Şimali Koreya lideri Kim Çen İnlə ABŞ Prezidenti Donald Trampın görüşü ehtimalına da toxunub. Diqqətə çatdırıb ki, hər iki tərəf görüşməyə maraqlıdır.

"Eyni zamanda, Kim Çen İn son vaxtlar ölkəmizə, habelə Vaşinqtona qarşı mesajlarını artırıb. Pxenyan başa düşməlidir ki, iqtisadi-siyasi islahatlara can atdığı bir dövrdə bu, yalnız Cənubi Koreya ilə əməkdaşlıq çərçivəsində mümkündür", – nazir söyləyib.

Məlumat üçün bildirək ki, Şimali Koreya son günlərdə yeni növ qitələrarası ballistik raketlər üzərində işləyir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Koreya   ABŞ   münaqişə  



Xəbər lenti