Rüşvətə görə edam

// Keçmiş nazirin əmlakı da müsadirə olunacaq

 Rüşvətə görə edam
  28 Sentyabr 2025    Oxunub:2016
Çinin keçmiş kənd təsərrüfatı və kənd işləri naziri Tan Rencien külli miqdarda rüşvət aldığına görə iki il möhlətlə edam cəzasına məhkum edilib. Çançun şəhər xalq məhkəməsinin verdiyi hökmə əsasən, keçmiş nazirin bütün şəxsi əmlakı müsadirə olunacaq və rüşvətdən əldə etdiyi qeyri-qanuni gəlirlər bərpa olunaraq dövlət xəzinəsinə təhvil veriləcək.
Məhkəmə bəyan edib ki, Tan Rencien 2007-2024-cü illərdə müxtəlif vəzifələrdə işləyərkən biznes əməliyyatı, layihə müqaviləsi bağlamaq və işə düzəltmək kimi məsələlərdə başqalarına kömək etmək üçün ümumi dəyəri 268 milyon yuandan (təxminən 38 milyon ABŞ dolları) çox olan pul və qiymətli əşyaları rüşvət kimi alıb. Məhkəmə onu dövlətin və xalqın mənafeyinə böyük zərər vuran cinayətlərinə görə ölüm cəzasına məhkum edib.

Sabiq nazir günahını boynuna alıb və son ifadəsində peşman olduğunu bildirib.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Tan Rencian karyerasının ilk illərində Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyində işləyib. 2014-cü ildə Quansi Cuan Muxtar Rayonu qubernatorunun müavini təyin olunub. 2017-ci ildən Qansu əyalətinin qubernatoru vəzifəsini müvəqqəti icra edib. 2020-2024-cü illərdə kənd təsərrüfatı və kənd məsələləri naziri işləyib.


Teqlər: Çin   Korrupsiya  



Xəbər lenti