Ölkə ərazisində faktiki hava

Ölkə ərazisində faktiki hava
  27 Sentyabr 2025    Oxunub:973
Azərbaycanın əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
AzVision.az Milli Hidrometeorologiya Xidmətinin məlumataına istinadən xəbər verir ki, Lənkəran-Astara zonasında yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Astarada 84, Lənkəranda 55, Lerikdə 13, Sarıbaşda (Qax) 9, Yardımlıda 8, Qubada 6, Qusarda 5, Xaltanda 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Daşkəsən, Balakən, Oğuz, Qəbələ, Şəki (Kişçay), Zaqatala, Altıağac, Qrız, Xaçmaz, Şamaxı, Xınalıq və Şahdağda 1 millimetrədək qeydə alınır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Qusarda 21, Neftçalada 20, Goranboy və Culfada 19, Naftalanda 18, Sabirabadda 17, Şirvan və Biləsuvarda 16 metr/saniyəyədək güclənir.

Daşkəsən, Altıağac, Qusar, Xınalıq, Qrız, Şahdağ, Göygöl, Qax, Lerik, İmişli, Göyçay, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

AzVision.az


Teqlər: hava   faktiki  



Xəbər lenti