Kim Çen In: “Nüvə texnologiyalarının inkişafı prioritetdir”

   Kim Çen In:    “Nüvə texnologiyalarının inkişafı prioritetdir”
  27 Sentyabr 2025    Oxunub:1005
Şimali Koreya lideri Kim Çen In nüvə texnologiyalarının inkişafını təhlükəsizlik qarantı kimi partiya və dövlət üçün prioritet adlandırıb.
AzVision.az Koreyanın Mərkəzi xəbər agentliyinə istinadla xəbər verir ki, Kim Çen In bu fikri nüvə sənayesi sahəsində çalışan mütəxəssislərlə görüşü zamanı belə deyib.

“Partiyamız və hökumət prioritet məsələ olaraq nüvə texnologiyaları sənayesini onun davamlı inkişafı üçün bütün imkan və şəraitlə təmin edəcək və onu dəstəkləyəcək”, – Şimali Koreya lideri vurğulayıb.

Onun sözlərinə görə, ölkənin təhlükəsizliyini, suverenliyini, maraqlarını və inkişaf hüququnu etibarlı şəkildə təmin edəcək nüvə qalxanı və qılıncı daim möhkəmləndirməli və yeniləməlidir.

AzVision.az


Teqlər: ŞimaliKoreya   nüvə  



Xəbər lenti