Simonyan: “Ermənistan Azərbaycanla ayaqlaşa bilməz”

      Simonyan:    “Ermənistan Azərbaycanla ayaqlaşa bilməz”
  26 Sentyabr 2025    Oxunub:1039
Ermənistan Azərbaycan və NATO-da ikinci ən böyük orduya malik Türkiyə ilə hərbi xərclər baxımından rəqabət apara bilməz.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan belə deyib.

“Bu işdə ən vacib məsələ vəsaitlərin rasional istifadəsidir. Ermənistanın hərbi büdcəsinin azalması hər hansı “xarici tələblərlə” bağlı deyil. Əvvəla, heç kim heç vaxt belə bir tələblə çıxış etməyib. İkincisi, bütün qərarlar, bütün islahatlar ölkəmizin maraqlarından irəli gəlir”, - siyasətçi vurğulayıb.

Simonyan həmçinin qeyd edib ki, ölkədə növbədənkənar seçkilərə ehtiyac görmür. Onun fikrincə, bu, müxalifətin seçkilərə hazır deyil. Ermənistan parlamentinin sədri bütün müxalifətçilərin uduzacaqlarını və parlamentə seçilməyəcəklərini bildiklərini deyib.

Xatırladaq ki, Ermənistan hökuməti bundan əvəvl müdafiə xərclərinin təxminən 16% - 560 milyard dram (təxminən 1,46 milyard ABŞ dolları) azaldılmasını nəzərdə tutan 2026-cı il dövlət büdcəsi layihəsini təsdiqləyib.

Hələ avqustun 21-də Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il üçün müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasının nəzərdə tutulmadığını açıqlamışdı. O, həmçinin hakimiyyətin vəziyyəti operativ şəkildə izləyəcəyini və təhlil aparacağını davam edəcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   ordu  



Xəbər lenti