WP: “Kiyev Trampdan iki suala cavab istəyir”

      WP:    “Kiyev Trampdan iki suala cavab istəyir”
  26 Sentyabr 2025    Oxunub:1199
ABŞ prezidenti Donald Trampın NATO və Avropanın dəstəyi ilə Ukraynanın bütün ərazilərini geri alması ehtimalı barədə açıqlamaları Kiyevdə və Qərb müttəfiqləri arasında Amerikanın mövqeyinə aid suallar yaradıb.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” Ağ Ev rəhbərinin bəyanatının Moskva ilə münasibətlərdə “qırmızı ayırıcı xətt” çəkdiyini iddia edir. Çünki bundan əvvəl Amerika lideri Ukraynanı sülhün əvəzi kimi bəzi ərazilərdən imtina etməyə çağırmışdı.

“Respublikaçının bəyanatları heç də həmişə real strategiyaya çevrilmir və buna görə də Ukrayna tərəfi Ağ Evdən növbəti konkret addımlar gözləyir”, - qəzetdə dərc olunan materialda deyilir.

Bu baxımdan, Kiyevi iki əsas sualaın “bu nə deməkdir?” “bu nə vaxta qədər davam edəcək?” cavabı düşündürür. Yəni Trampın yeni “qırmızı xətti” əslində real fəaliyyətlə – həm hərbi, həm də iqtisadi – dəstəklənəcəkmi və qarşıdurma davam edərsə, ABŞ və NATO Moskva ilə münasibətləri nə dərəcədə gərginləşdirməyə hazırdır?

Tramp Zelenskini təəccübləndirib
Xatırladaq ki, sentyabrın 23-də Zelenski ilə mətbuat konfransı zamanı Tramp həmçinin NATO ölkələrinin hava məkanını pozduqları təqdirdə Rusiya təyyarələrinin vurulması perspektivi ilə razılaşdığını açıqlayıb.

Trampın bəyanatına münasibət bildirən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra respublikaçının “bir daha alternativ reallıqda olduğunu” , lakin tezliklə ritorikasını və baxış bucağını əksinə dəyişəcəyini iddia edib.

- Əsas odur ki, müxtəlif məsələlərə baxışınızı daha tez-tez kökündən dəyişdirin və hər şey yaxşı olacaq. Sosial media vasitəsilə uğurlu dövlət idarəçiliyinin mahiyyəti budur”, - rusiyalı məmur deyib.

“The Telegraph” nəşrinin yazdığına görə isə, Donald Trampın sözügedən bəyanatı onun Ukraynadakı müharibə məsələsində “əllərini yuduğunu” deməyə əsas verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kiyev   Tramp   sual  



Xəbər lenti