Daha bir Baltikyanı ölkədə NATO təlimləri keçirilir

   Daha bir Baltikyanı ölkədə NATO təlimləri keçirilir
  26 Sentyabr 2025    Oxunub:997
Litvanın ərazi sularında NATO alyansına üzv ölkələrin hava və dəniz qüvvələrinin iştirakı ilə "Neptun Strike" ("Neptun Zərbəsi") hərbi təlimləri başlayıb.
Bu barədə Litva Ordusunun komandanlığı məlumat yayıb. Bildirilib ki, təlimlərdə ölkənin hərbi gəmi və təyyarələri NATO çərçivəsində mütəffiqlərin qoşunları ilə birlikdə müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

Məlumata görə, Litvanın şimal-qərbində yerləşən sahilyanı Palanqa şəhərində keçirilən təlimlər yalnız müdafiə xarakteri daşıyır. Yaranacaq partlayış səsləri ilə əlaqədar yerli sakinlərə də məlumat göndərilib.
NATO Estoniyada təlim keçir

Xatırladaq ki, sentyabrın 18-dən başlayaraq NATO alyansının bayrağı altında digər Baltikyanı ölkədə – Estoniyada da "Pikne" ("İldırım") hərbi təlimləri baş tutmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Litva   NATO   təlim  



Xəbər lenti