Şimali Koreya raketləri ABŞ-yə də çatacaq?

   Şimali Koreya raketləri ABŞ-yə də çatacaq?
  26 Sentyabr 2025    Oxunub:781
Şimali Koreya qitələrarası ballistik raketin (QBR) yaradılmasının son mərhələsindədir.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanını prezidenti Li Çje Men belə iddia irəli sürüb.

Onun sözlərinə görə, hərçənd Şimali Koreya raketin yenidən atmosferə qayıtması texnologiyasını mənimsəməlidir.

“Onlar ABŞ-yə çata, nüvə bombası daşıya və Amerikanı bombalaya bilən qitələrarası ballistik raketlər hazırlamağa davam edirlər. Görünür, onlar hələ uğur qazana bilməyiblər, lakin son mərhələdədirlər. Yalnız yenidən atmosferə qayıtmaq texnologiyasını mənimsəmək qalır. Bu da yəqin ki, tezliklə öz həllini tapacaq”, - Cənubi Koreya lideri vurğulayıb.

Seul: “Pxenyanı təcili dayandırmaq lazımdır”
Keçən il Pxenyan ən böyük “Hwasong” adlı QBR-ni buraxıb. Mütəxəssislərin fikrincə, bu rakeyt ABŞ-də istənilən hədəfi vura bilər, lakin Şimali Koreyanın yenidən atmosferə qayıdacaq raketi idarə etmək və döyüş başlığını qorumaq qabiliyyəti hələ də şübhə altındadır.

Bu yaxınlarda isə, Şimali Koreyanın prezidenti Kim Çen Inın şəxsi iştirakı ilə Pxenyan “Kumsong” seriyalı taktiki hücum dronlarını sınaqdan keçirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Seul Şimali Koreyanın 2 tona qədər yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına malik olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   KXDR   QBR   ABŞ  



Xəbər lenti