|
| Bundestaq sülh sazişi haqqında məlumatlandırılıb |
Görüşdə Yaxın Şərq və Cənubi Qafqazda baş vermiş son hadisələr də nəzərdən keçirilib. Ararat Mirzoyan ölkəsinin Azərbaycanla sülh şəraitinə qədəm qoyduğunu həmkarının diqqətinə çatdırıb. O vurğulayıb ki, bu çərçivədə regionda kommunikasiya şəbəkəsinin genişləndirilməsi, "Tramp yolu"nun (Zəngəzur dəhlizi) həyata keçirilməsi gündəmdədir. Nazirin sözlərinə əsasən, rəsmi İrəvan bu layihələr üzrə fəal əməkdaşlığa böyük əhəmiyyət verir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb. Mərasimdə Donald Tramp ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, Zəngəzur dəhlizinin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


