O, həmçinin sentyabrın 29-da Qəzza zolağındakı vəziyyətlə bağlı Təl-Əvivin hədəflərini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşəcəyini bildirib.
|
|
Borel Netanyahu və Qalantla bağlı həbs qərarını dəstəkləyib |
“Mərkəzi Avropadan keçən adi marşrut əvəzinə, Yunanıstan və İtaliyanın hava məkanından istifadə edən təyyarə Fransadan yan ötərək Aralıq dənizini keçib”, - “FlightRadar” portalı yazır.
İsrail mediası marşrutun dəyişdirilməsini BCM-nin Binyamin Netanyahuya qarşı çıxardığı cari həbs qərarı ilə əlaqələndirib.
Xatırladaq ki, ötən il noyabrın 21-də BCM Netanyahu və İsrailin keçmiş Müdafiə naziri Yoav Qalantı Qəzza zolağında “müharibə cinayətləri və insanlığa qarşı cinayətlər” törətməkdə ittiham edərək onların həbsinə order verib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


