Rubio: "Münaqişəni məhz Tramp başa çatdırdı"

      Rubio:    "Münaqişəni məhz Tramp başa çatdırdı"
  24 Sentyabr 2025    Oxunub:817
"Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması məhz Prezident Donald Trampın əməyinin nəticəsidir".
Bu sözləri ABŞ Dövlət katibi Marko Rubio yerli mətbuata müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Donald Tramp sülh təklif və təşəbbüslərinə "dünyada hamıdan çox" vaxt və enerji xərcləyib, eyni zamanda, hamıdan çox uğur qazanıb.

"Yaddan çıxarmayaq ki, Konqo Demokratik Respublikası və Ruandada müharibə gedirdi. ABŞ Prezidenti öz vasitəçiliyi ilə tərəfləri barışdırdı. Tailand və Kamboca arasında, Hindistan və Pakistan arasında münaqişəyə də o son qoydu. Bu işləri hər hansı digər lider yox, məhz Donald Tramp gördü", – Dövlət katibi vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə sülh sazişi paraflanıb. Tərəflər, eyni zamanda, birgə sülh bəyannaməsi imzalayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan   sülh   danışıqlar  



Xəbər lenti