"Ya İran sülh və hesabatlılıq yoluna qayıdacaq, yaxud sanksiyalar qüvvəyə minəcək. Bu vacib məsələnin hər iki variantı üzrə qiymətləndirmə aparacağıq", – Fransa lideri söyləyib.
|
| İran BMT-də nüvə məsələsini qaldıracaq |
Xatırladaq ki, ötən günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Tehrana qarşı sanksiyaları qiymətləndirərək, bu sanksiyaların qüvvədə qalmasına qərar verib. Eyni zamanda, Avropa İttifaqı (Aİ) da İrana BMT səviyyəsində sanksiyaların bərpası məqsədilə 30 günlük prosesə başlayıb.
Digər tərəfdən, İran ABŞ, (Aİ) və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə problemi üzrə gərginlik fonunda BMT-nin Baş Assambleyasında öz mövqeyini "aydınlaşdırmağa" hazırlaşır. Sentyabrın 17-də İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi diqqətə çatdırıb ki, Tehran Baş Assambleyanın müvafiq sessiyasında Avropa İttifaqı ilə anlaşılmazlıqları aradan qaldırmaq naminə danışıqlar aparacaq.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


