İspaniya iki israilli nazirə sanskiya tələb edib

İspaniya iki israilli nazirə sanskiya tələb edib
  23 Sentyabr 2025    Oxunub:596
İspaniya İsrail hökumətinin iki üzvünün Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilməsini dəstəkləyir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares "La Sexta" telekanalına müsahibəsində bildirib.

"İki israilli nazir Aİ-nin sanksiya siyahısına daxil edilməlidir", - diplomat deyib.

Sentyabrın birinci yarısında Albares bildirmişdi ki, Madrid İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkə ərazisinə girişini qadağan etmək qərarına gəlib.

Madrid Qəzza zolağındakı vəziyyətə görə yəhudi dövlətinə qarşı kifayət qədər sərt mövqe tutur.

AzVision.az



Teqlər:



Xəbər lenti