Lavrovun BMT-də çıxışı gözlənilir

   Lavrovun BMT-də çıxışı gözlənilir
  22 Sentyabr 2025    Oxunub:794
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 27-də ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında nitq söyləyəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Kiril Loqvinov ölkənin "TASS" xəbər agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Sergey Lavrovun çıxışı ümumi siyasi müzakirələr üzrə iclasda baş tutacaq.

Kiril Loqnivov bildirib ki, Nyu-Yorkda nazirlər səviyyəsində, o cümlədən BRİKS, G20, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu formatında bir sıra görüş də planlaşdırılır.

"Rusiyanın nümayəndə heyəti, eyni zamanda, İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll yolu üzrə beynəlxalq konfransa, BMT-nin Sülh Quruculuğu Komissiyasının iclasına, inkişaf və iqlim dəyişikliyi üzrə qlobal təşəbbüslərin görüşlərinə qoşulacaq", – diplomat söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   BMT   iclas   iştirak  



Xəbər lenti