Ərdoğan Trampla görüşməyə gedir: Böyük müqavilələr imzalanacaq
Səfər zamanı “F-35” təyyarələri ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətiriləcəyi də gözlənilir. Yada salaq ki, ABŞ Türkiyəyə “Patriot” sistemləri satmadığı üçün Ankara Rusiyadan “C-400” raketləri almış, nəticədə Vaşinqton onu “F-35” layihəsindən kənarlaşdırmışdı. Məhz bu mövzu Türkiyənin ABŞ və NATO ilə münasibətlərinin korlanmasında əsas rolu oynamışdı.
“Bloomberg”ə görə Ankara 40 ədəd “F-35”, 40 ədəd “F-16 Viper” almaq niyyətindədir. Türkiyənin Rusiyadan aldığı “С-400” hava hücumundan müdafiə sistemləri üzərində ABŞ-nin nəzarət mexanizminin yaradılması haqqında da müzakirə aparılacaq. Amma Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Türkiyə “C-400”lərdən tam imtina etməyi düşünmür.
Sərnişin təyyarələrinə gəlincə, hazırda Türkiyə hökuməti “Turkish Airlines” şirkətini ölkənin dünyadakı əsas brendlərindən birinə çevirmək istiqamətində çalışır. Buna görə də “Boeing Co.” İlə $900 milyardlıq müqavilə imzalanacaq.
Bu gün keçirdiyi mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan Qəzza məsələsinin və Suriyadakı vəziyyətin əsas müzakirə mövzularından olacağını da vurğulayıb.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Ərdoğan Tramp Türkiyə ABŞ







Vaxtında, Aydın, Lazımlı!


