AK Rusiyaya qarşı növbəti sanksiya paketini təsdiqləyib

   AK Rusiyaya qarşı növbəti sanksiya paketini təsdiqləyib
  19 Sentyabr 2025    Oxunub:1080
Avropa Komissiyasının (AK) Rusiyaya qarşı "Ukraynanın genişmiqyaslı işğalı səbəbi ilə" 19-cu sanksiya paketi təsdiqlənib.
Bu barədə komissiyanın sözçüsü Paula Pinyo özünün "X" hesabında məlumat yayıb. Paketin daxilindəki konkret tədbirlər barədə isə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün açıqlama verəcəklər.
AP-nin Kiyevdə nümayəndəliyi açılıb

Sentyabrın 17-də "Politico" qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, Aİ yeni sanksiya paketini irəli sürməyə hazırlaşsa da, onun dərcini təxirə salıb. İlkin məlumatlara əsasən, yeni paketdə Rusiya banklarına və enerji şirkətlərinə məhdudiyyətlər nəzərdən tutulur. Eyni zamanda, İtaliyanın "ANSA" agentliyinin xəbərinə görə, Avropada Rusiya vətəndaşları üçün viza qaydaları da sərtləşdiriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:     AK   Rusiya   sanksiya  



Xəbər lenti