Paşinyan: "Dəhlizdən silah nəqli də mümkündür"

      Paşinyan:    "Dəhlizdən silah nəqli də mümkündür"
  18 Sentyabr 2025    Oxunub:1384
"Tramp yolu" (Zəngəzur dəhlizi – red.) layihəsi üzrə bütün əməliyyatlar ölkələr arasında qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında söyləyib. O vurğulayıb ki, Bakı ilə qarşılıqlı razılıq əsasında istənilən layihə mümkündür.

"Eyni zamanda, bu marşrut üzrə silah-sursat nəqlindən də söhbət gedə bilər. Bu şərt hər iki ölkəhə aiddir", – hökumət başçısı vurğulayıb.
Paşinyan: "Yeni imkanlardan hər ölkə faydalanacaq"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində də söyləmişdi ki, Vaşinqtonla imzalanmış saziş və bəyannamədə həm İran, həm də Rusiya üçün nəzərəçarpan real faydalar var.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   dəhliz   silah  



Xəbər lenti