Paşinyan: "Çinlə sıx tərəfdaşlığımız yaranıb"

    Paşinyan:    "Çinlə sıx tərəfdaşlığımız yaranıb"
  18 Sentyabr 2025    Oxunub:1126
"Ermənistan və Çin arasında qurulmuş konkret tərəfdaşlıq qarşılıqlı investisiya imkanları ilə daha da genişləndirilməlidir".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında söyləyib. O vurğulayıb ki, Çin Prezidenti Si Tsinpinlə görüşün yekununda imzalanmış strateji tərəfdaşlıq sazişin bu baxımdan böyük əhəmiyyətə malikdir.

"Bu tərəfdaşlıq xüsusilə iqtisadi sahədə əlaqələrin inkişafına təkan verir. Əlbəttə, ölkələrimiz arasında məsafə və nəqliyyatla əlaqədar aşkar məhdudiyyətlər var, ancaq əminəm ki, regional infrastrukturun formalaşması ("Tramp yolu"nu nəzərdə tutur – red.) bu problemi aradan qaldıra biləcək", – Nikol Paşinyan deyib.

Baş nazir diqqətə çatdırıb ki, hazırda Ermənistanın iqtisadi sahədə prioritetlərindən biri yerli məhsulların Çin bazarına dəmir yolu ilə daşınmasını reallaşdırmaqdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Çin   iqtisadiyyat   əlaqələr  



Xəbər lenti