İran BMT-də nüvə məsələsini qaldıracaq

   İran BMT-də nüvə məsələsini qaldıracaq
  17 Sentyabr 2025    Oxunub:808
İran ABŞ, Avropa İttifaqı (Aİ) və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə problemi üzrə gərginlik fonunda bu ay Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında öz mövqeyini aydınlaşdırmağa çalışacaq.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, Tehran Baş Assambleyanın müvafiq sessiyasında Avropa İttifaqı ilə anlaşılmazlıqları aradan qaldırmaq naminə danışıqlar aparacaq.

Mətbuat katibi, eyni zamanda, Baş Assambleyanın iclaslarında iştirak məqsədilə Nyu-York şəhərinə gedən İran nümayəndə heyətinə viza məhdudiyyəti qoyulub.

"Bu yeni şey deyil, ancaq budəfəki tədbirlər görünməmiş addımdır. ABŞ öz öhdəliklərini açıq-aydın pozaraq, etibarını daha da sarsıdır", – o deyib. Bildirib ki, hazırda Nyu-Yorkdan cavab gözlənilir; viza məhdudiyyəti öz həllini tapanda nümayəndə heyətinin tərkibi ilə əlaqədar yekun qərar veriləcək.

İsmayıl Bəqayinin sözlərinə görə, Tehran Nyu-Yorkda baş tutacaq iclaslarda həmçinin regional və beynəlxalq hadisələrə dair digər ölkələrlə dialoq qurmağa çalışacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   BMT     ABŞ   nüvə-danışıqları  



Xəbər lenti