Avropada ən böyük müsadirə əməliyyatı
Ümumilikdə Çin malları - əsasən elektrikli velosipedlər, tekstil və ayaqqabılar ilə dolu olan 2435 konteyner müsadirə olunub. Hakimiyyət orqanlarının məlumatına görə, ən azı səkkiz ildir fəaliyyət göstərən bu sxem antidempinq rüsumlarından yayınmağa imkan verirdi. Nəticədə Aİ-nin və birliyə üzv ölkələrin büdcəsinə 800 milyon avro məbləğində ziyan dəyib.
“Müttəhimlər arasında sənədləri saxtalaşdırmaqda və gömrük saxtakarlığında iştirakda şübhəli bilinən iki gömrük əməkdaşı və dörd broker də daxil olmaqla altı nəfər var”, - xəbərdə deyilir.
Avropanın baş prokuroru Laura Codrutsa Kevesi bildirib ki, “Kalipso” əməliyyatı illərdir oxşar sxemlərdən istifadə edən cinayət şəbəkələrini hədəfə götürdüyünü, oyun qaydalarının dəyişdiyini və cinayətkarların artıq təhlükəsiz sığınacaqlara arxalana bilməyəcəyini vurğulayıb.
- EPPO-nun məlumatına görə, əsasən Çin vətəndaşları tərəfindən idarə edilən bu şəbəkələr həm də çirkli pulları yuyur və Çinə qazanc göndərir”, - açıqlamada vurğulanır.
Prokurorluq müsadirə olunmuş yükü 250 milyon avro dəyərində qiymətləndirir və onların təftişini davam etdirir.
Xatırladaq ki, Çin Aİ-nin ABŞ-dən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


