Tramp Zelenski ilə görüşəcək

   Tramp Zelenski ilə görüşəcək
  16 Sentyabr 2025    Oxunub:854
ABŞ Prezidenti Donald Tramp gələn həftə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə bilər.
Bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio İsraildə jurnalistlərə açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, Prezident hələ də Kiyev ilə Moskva arasında sülh sazişi bağlamağa ümid bəsləyir.

"Donald Tramp bu günədək Vladimir Putinlə bir neçə dəfə telefonla danışıb, Volodimir Zelenski ilə bir neçə dəfə görüşüb. Növbəti görüş gələn həftə Nyu-York şəhərində, yəni Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində keçirilə bilər. Əgər sülh mümkündürsə, o öz səylərini əsirgəməyəcək. Əlbəttə, elə bir vaxt da gələ bilər ki, bu səylərin nəticə vermədiyini görüb əl çəksin", – Dövlət katibi bildirib.

O vurğulayıb ki, Donald Tramp Rusiya-Ukrayna sülh prosesinə müdaxiləni dayandırsa, yaxud Moskvaya qarşı sanksiyalar irəli sürüb kənara çəkilsə, "dünyada bu münaqişənin həllinə vasitəçilik göstərən heç kəs qalmayacaq".

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Rusiya   danışıqlar  



Xəbər lenti