Daha bir ölkə Fələstini tanıyacaq

   Daha bir ölkə Fələstini tanıyacaq
  16 Sentyabr 2025    Oxunub:1574
Lüksemburq hökuməti də bir sıra digər Qərb ölkələrinə qoşularaq, gələn həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanıyacaq.
"The Politico" qəzeti öz mənbələrinə istinadən yazır ki, ölkənin Baş naziri Lük Friden və xarici işlər naziri Ksavye Bettel sözügedən qərarla əlaqədar müvafiq parlament komissiyasını məlumatlandırıblar.

Xatırladaq ki, Avstraliya, Yeni Zelandiya, Britaniya, Fransa, Kanada, Belçika və digər bir sıra dövlət bu yaxınlarda müxtəlif şərtlər altında Fələstini rəsmi dövlət kimi tanıyacaqlarını bildiriblər. Maraqlıdır ki, Almaniya bu tendensiyadan uzaq durur. Kansler Fridrix Merts açıq surətdə diqqətə çatdırıb ki, Fələstini tanımaq üçün şərait məqbul deyil:
Paris Fələstində səfirlik açacaq

"Almaniya sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında qərb müttəfiqlərinin Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaq təşəbbüsünə qoşulmayacaq".

Digər tərəfdən, rəsmi Paris isə, Berlinin əksinə, Fələstini tanımaqla yanaşı ölkələr arasında qarşılıqlı şəkildə səfirliklərin açılmasını da nəzərdən keçirir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Lüksemburq   Fələstin   BMT   tanıma  



Xəbər lenti