Ərdoğan Qətərə gedir
Bu, 7 oktyabr 2023-cü ildə İsrail-HƏMAS müharibəsinin başlamasından bəri İƏT və ƏDL-nin üçüncü Fövqəladə Sammitidir. Sammit Qətərin təklifi və İƏT-in Xarici İşlər Nazirləri Şurasının sədri qismində Türkiyənin dəstəyi ilə həyata keçirilir.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb. Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır.
Sentyabrın 11-də İsrailin "The Jerusalem Post" qəzeti Qətərdəki rəsmi hökumət mənbələrinə istinadən bildirmişdi ki, hadisə ilə əlaqədar yaxın günlərdə Doha şəhərində təcili Ərəb-İslam Sammiti baş tutacaq.
Firudin Həmidli
AzVision.az
Teqlər: Türkiyə prezident Qətər İsrail HƏMAS sammit







Vaxtında, Aydın, Lazımlı!


