Qətərin Baş naziri Trampla görüşəcək

   Qətərin Baş naziri Trampla görüşəcək
  12 Sentyabr 2025    Oxunub:1155
Qətərin Baş naziri, habelə xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani ABŞ-yə səfəri çərçivəsində Nyu-York şəhərində Prezident Donald Trampla görüş keçirəcək.
Bu barədə Ağ Evin adı çəkilməyən rəsmi nümayəndəsi "Reuters" xəbər agentliyinə məlumat verib. Hərçənd o, görüşün vaxtı və gündəliyi ilə əlaqədar təfərrüatı açıqlamayıb.

Ağ Evin məlumatına görə, Əl-Sani səfər çərçivəsində həmçinin Dövlət katibi Marko Rubio ilə də danışıqlar aparacaq.
Qətərdə təcili sammit keçiriləcək

Xatırladaq ki, ötən gün İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb.

Məlumat üçün bildirək ki, hər iki ölkə: Qətər və İsrail Vaşinqtonun yaxın müttəfiqləri sayılır.

Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qətər   ABŞ   İsrail   danışıqlar  



Xəbər lenti