Zaxarova: "Moskva "3+3" görüşünü gözləyir"

      Zaxarova:    "Moskva "3+3" görüşünü gözləyir"
  12 Sentyabr 2025    Oxunub:946
"Rusiya Azərbaycan və Ermənistanın "3+3" formatında növbəti görüşün yeri və tarixinin tezliklə razılaşdırılması üçün fəal addımlar atacağını gözləyir".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova yerli mətbuata açıqlamasında dilə gətirib. O söyləyib ki, Moskva bu və digər sahələrdə tərəflərə öz köməyini göstərməyə hazırdır.

"Ümumiyyətlə, "3+3" formatı Azərbaycan və Ermənistan aea münasibətlərin normallaşdırılması, eyni zamanda, Cənubi Qafqazda digər aktual məsələlərin müzakirəsi üçün uğurlu platformadır. Rusiya üçün bu regionda sülhün möhkəmlənməsi, tərəflərin barışığa çarması prioritet məsələdir", – xanım katib bildirib. O həmçinin Azərbaycan-Ermənistan sülh prosesinə Rusiyanın da töhfə verdiyini vurğulayıb.
İran XİN: "3+3 formatı özünü doğrultdu"

Ötən günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında diqqətə çatdırıb ki, "3+3" formatında nazirlərin növbəti görüşləri hazırlanır; Moskva bu görüşlərin Bakı və İrəvan şəhərlərində keçirilməsinin tərəfdarıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Azərbaycan   Ermənistan   danışıqlar  



Xəbər lenti