Fransızlar Ukrayna üçün döyüşmək istəmirlər

   Fransızlar Ukrayna üçün döyüşmək istəmirlər
  12 Sentyabr 2025    Oxunub:1052
Fransa vətəndaşlarının yarıdan çoxu (53%) Qərb qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinədir.
AzVision.az xəbər verir ki, Bunu Fransa İctimai Rəy İnstitutunun (IFOP) keçirdiyi və “Le Figaro” qəzetində dərc olunan sorğunun nəticələri bunu sübut edir.

Respondentlərin təxminən 47%-i xarici qoşunların Ukraynaya göndərilməsi ideyasını dəstəkləyir. Maraqlıdır ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron “könüllülər koalisiya”na artıq 30 ölkə olduğunu iddia etmişdi.

Eyni zamanda, sorğunun nəticələrinə görə, respondentlərin dörddə üçü (75%) Kiyevə “güclü təhlükəsizlik zəmanəti” verilməsinin tərəfdarı olduğunu bildirib.

Rəyi soruşulanların ən azı 56%-i Ukraynaya silah tədarükünün davam etdirilməsini, habelə onun NATO və Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü təşəbbüsünü dəstəkləyib.

18 yaşdan yuxarı vətəndaşlar arasında keçiirlən sorğuda 1200-ə yaxın insan iştirak edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   Ukrayna   imtina  



Xəbər lenti