İsrailli aktyorlar İranın hücumuna tuş gəliblər
Bir çox aktyor bu tələbi həqiqətən də rol təklifi sanaraq, lazımi məlumatları e-poçt ilə göndərib, ardınca isə hədələyici mesajlar alıb. Beləliklə, fişinq hücumuna məruz qaldıqlarını başa düşüblər.
İsrailin Milli Kiber İdarəsi hücuma tuş gələn aktyorlara öz şəxsiyyət vəsiqələrini dəyişdirməyi, fişinq barədə hökumətə məlumat verməyi məsləhət görüb.
Məlumat üçün diqqətə çatdıraq ki, İran hökuməti, uzun müddətdir, müxtəlif yollarla, həmçinin bu cür fişinq hücumları ilə İsraildən özünə casuslar toplamağa, ölkənin məxfi materiallarına çıxış qazanmağa çalışır.
Firudin Həmidli
AzVision.az
Teqlər: İsrail aktyor İran fişinq hücum







Vaxtında, Aydın, Lazımlı!


