Şahzadə Harri Kiyevə gedib

   Şahzadə Harri Kiyevə gedib
  12 Sentyabr 2025    Oxunub:1073
Britaniya şahzadəsi Harri Polşadan qatarla Ukraynanın paytaxtı Kiyev şəhərinə yollanıb.
Bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Bildirilib ki, şahzadənin gözlənilməz səfəri Ukrayna hökumətinin dəvəti əsasında baş tutub. O, Kiyevə özünün rəhbərliyindəki "Invictus Games" Fondunun nümayəndələri ilə gedib.

Məlumata əsasən, şahzadə Harrinin səfərinin məqsədi Rusiya-Ukrayna müharibəsində yaralanmış hərbçilərin reabilitasiyasına öz töhfəsini verməkdir. O, keçirəcəyi görüşlərdə bu çərçivədəki təşəbbüslərini açıqlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   şahzadə   Ukrayna   səfər  



Xəbər lenti