Rusiya miqrantların deportasiyasına başlayır
"Həmin xarici vətəndaşlar sabah Rusiya ərazisindən çıxarılmazdan qabaq onların gələcəkdə yenidən ölkəyə girişinin və digər müəyyən hüquqlarının məhdudlaşdırılması məqsədilə lazımi tədbirlər həyata keçiriləcək", – məlumatda vurğulanıb.
Bildirilib ki, bu qərar öz vətənlərində daimi qeydiyyata malik ukraynalılara da aiddir.
Eyni zamanda, sabahdan etibarən Rusiyada yaşamaq hüququnu itirmiş əcnəbilərin nikah və y boşanma üçün ərizə vermə hüququna qadağa qoyulacaq. Onlar həmçinin övladlarını uşaq bağçalarına, təhsil müəssisələrinə yazdıra, nəqliyyat vasitəsi idarə edə, habelə gündəlik xidmətlərdən yararlana bilməyəcəklər.
Firudin Həmidli
AzVision.az
Teqlər: Rusiya qərar miqrant deportasiya







Vaxtında, Aydın, Lazımlı!


