Navarro: “Amerikasız BRİKS iflasa məhkumdur”
“Bu ölkələrin heç biri öz məhsullarını ABŞ-yə satmasa, sağ qalmayacaq. Onlar ixrac mallarını ABŞ-yə satarkən, ədalətsiz ticarət təcrübələri ilə bizim qanımızı soran vampirlərə bənzəyirlər”, - amerikalı məmur vurğulayıb.
Navarro BRİKS ölkələrinin vahid qurum kimi qala bilmək qabiliyyətinə şübhə ilə yanaşdığını bildirib.
- BRIKS ölkələrinin necə bir yerdə qala biləcəyini anlamıram, çünki tarixən onların hamısı bir-birinə nifrət edir və bir-birini öldürürlər”, - ABŞ prezidentinin müşaviri söyləyib.
Xatırladaq ki, Amerika lideri Donald Tramp daha əvvəl dəfələrlə BRİKS-in ABŞ-yə və dolların dünyanın ehtiyat valyutası roluna zərər vermək üçün yaradıldığını bəyan edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


