Berlin Ukraynaya qoşun göndərəcəkmi?
“Bir çox suallara ancaq ən azı atəşkəs əldə etdikdə cavab vermək olar. O vaxta qədər, təbii ki, Ukraynaya heç bir qoşun yeridilməyəcək. Bununla bağlı Almaniyanın bəzi şübhələri var və son qərarı parlament verməlidir”, - Alamniya kansleri “Sat1” telekanalına müsahibəsində deyib.
Merts qeyd edib ki, sonra Rusiya ilə razılaşmanın necə olacağını görmək lazım gələcək. Axı “Rusiyaya qarşı” qoşun yeritmək alınmayacaq. Belə qərarlar yalnız Kremllə razılaşma əsasında verilə bilər.
- Beləliklə, hələ çox, çoxlu maneələr var, bəlkə də kifayət qədər uzun müddətə”, - Almaniya mühafizəkarlarının lideri vurğulayıb.
Merts, eyni zamanda, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanatlarına şərh edib. Almaniya kansleri bildirib ki, Ukraynaya hərbi dəstək haqqında qərarlara görə Aİ məsuliyyət daşımır və bu, “Könüllülər koalisiyası” nın üzvləri tərəfindən həll edilməli olan ayrıca məsələdir.
Bundan əvvəl Ukraynadakı müharibəyə son qoymaq üçün Almaniya kansleri Rusiyanı iqtisadi baxımdan çökdürməyin zəruri olduğunu diqqətə çatdırmışdı. Onun sözlərinə görə, Moskvanı hərbi iqtisadiyyatı dəstəkləmək imkanından məhrum etmək lazımdır.
“Biz müharibəni bitirmək üçün zəmin yaratmalıyıq. Bu, hərbi baxımdan çətin olacaq, lakin iqtisadi cəhətdən mümkündür. Bu kontekstdə mən iqtisadi tükənmədən danışıram, buna şərait yaratmalıyıq”, - Merts bildirib.
Onun fikrincə, buna Rusiya ilə əməkdaşlığı davam etdirən ölkələrə ticarət rüsumlarının tətbiqi ilə nail olmaq mümkündür. Almaniya kansleri həmçinin Vladimir Putini münaqişəyə son qoymaq istəməməkdə günahlandıraraq vurğulayıb ki, "Rusiya prezidentinə etibar etmək üçün heç bir əsas yoxdur”.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Almaniya Ukrayna qoşun







Vaxtında, Aydın, Lazımlı!


