Ermənistan vətəndaşları Qazaxıstana vizasız gedəcəklər
Hər iki ölkənin vətəndaşları etibarlı sənədlər – pasport, o cümlədən xidməti və diplomatik pasportlar, dənizçinin şəxsiyyət vəsiqəsi və ya qayıdış şəhadətnaməsi olduqda viza almadan qarşı tərəfin ərazisində üç ayadək qala biləcəklər.
“Müqavilə həmçinin ölkədə 30 gün qaldıqdan sonra daxili işlər orqanlarında məcburi qeydiyyatdan keçməyi nəzərdə tutur. Bu tədbir miqrasiyaya nəzarətin effektivliyini artıracaq”, - Qazaxıstanın Daxili İşlər naziri Erjan Sadenov deyib.
İlin əvvəlindən Qazaxıstana 12 minə yaxın Ermənistan vətəndaşı daxil olub. Rusiya və Qırğızıstanla isə qazaxıstanlılar üçün vizasız rejim artıq qüvvədədir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Qazaxıstan Ermənistan vizasız







Vaxtında, Aydın, Lazımlı!


