Rusiya Trampın intizarındadır

   Rusiya Trampın intizarındadır
  03 Sentyabr 2025    Oxunub:994
Moskva ABŞ prezidenti Donald Trampın Rusiyaya cavab səfərini gözləyir.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib.

“Bizim ölkəmizin prezidenti Vladimir Putin bunu Alyaskada keçirilən sammitdə iştirakından sonra deyib. O, müvafiq açıqlamalar verib. Mən də ondan sitat gətirə bilərəm. Vladimir Putin açıq şəkildə ABŞ prezidentini Rusiyaya dəvət edib”, - Mariya Zaxarova vurğulayıb.

Avropa Alyaska müəmmasından baş aça bilmir
Xatırladaq ki, amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün Vladimir Putin avqustun 15-də Alyaskaya səfər edib. Dövlət başçıları 2 saat 45 dəqiqə ərzində danışıqlar aparıblar. Daha sonra mətbuata açıqlama verən prezidentlər mətbuat nümayəndələrinin suallarını cavablandırmadan tədbirin keçirildiyi zalı tərk ediblər.

Mənəblərə istinad edən “Atlantic” jurnalının yazdığına görə, Avropa ölkələri həm Alyaska sammiti, həm də Ukraynadakı müharibənin həlli üçün Rusiya və ABŞ arasında aparılan danışıqların gedişatı barədə məlumatın az olmasından narazıdırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Rusiya   səfər  



Xəbər lenti