Putin: "Kiyevin Aİ-yə üzvlüyünə etirazımız yoxdur"

      Putin:    "Kiyevin Aİ-yə üzvlüyünə etirazımız yoxdur"
  02 Sentyabr 2025    Oxunub:969
"Rusiya Ukraynanın NATO alyansına mümkün üzvlüyünü özü üçün təhlükə saysa da, belə bir yanaşma Avropa İttifaqına (Aİ) aid deyil".
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşərkən söyləyib. O diqqətə çatdırıb ki, rəsmi Moskva Ukraynanın sözügedən ittifaqa qəbuluna heç vaxt etiraz bildirməyib.

"NATO-ya gəlincə, bu tamamilə başqa məsələdir. Söhbət Rusiya Federasiyasının təhlükəsizliyindən gedir", – Rusiya lideri vurğulayıb.

Eyni zamanda, Robert Fitso da Vladimir Putinin fikirləri ilə razılaşaraq söyləyib ki, Ukraynanın NATO-ya üzvlüyü yolverilməzdir.

"Ukraynanın Aİ-yə üzvlüyü isə vacib addımdır", – deyən hökumət başçısı cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu məsələyə dair müzakirə aparacağını bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Slovakiya   Ukrayna     NATO  



Xəbər lenti