Moskva: “Yaponiya nüvə silahını çox tez yarada bilər”
“Nüvə silahlarının çatdırılması sistemlərinə gəlincə, Yaponiyanın raket potensialı kifayət qədər ciddidir. Bunun üçün Yaponiyanın kosmik tədqiqatlardakı uğurlarını xatırlamaq kifayətdir”, - rusiyalı məmur vurğulayıb.
Xatırladaq ki, avqust ayında “Reuters” agentliyi Yaponiya və Cənubi Koreyanın ABŞ prezidenti Donald Trampın siyasəti fonunda öz nüvə silahlarını yaratmağı düşündüklərini yazmışdı.
- “Respublikaçı”nın hakimiyyətə gəlişindən sonra Avropa “ayılıb” və artıq Amerikaya o qədər də arxalana bilməyəcəyini və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı olduğunu başa düşüb”, - Yaponiya parlamentinin üzvü Rui Matsukava bununla bildirib.
Onun sözlərinə görə, belə yanaşam Yaponiya üçün də “ədalətli” olardı.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


