ŞƏT-in yekun bəyanatı Kiyevi təəccübləndirib

   ŞƏT-in yekun bəyanatı Kiyevi təəccübləndirib
  02 Sentyabr 2025    Oxunub:980
Ukrayna Xarici İşlər nazirliyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Çində keçirilən sammitdəki yekun bəyanatında Donbassdakı münaqişənin qeyd edilməməsinə təəccüblənib.
AzVision.az xəbər verir ki, Amerikanın “The New York Times” nəşri belə məlumat yayıb.

“Ukrayna Xarici İşlər nazirliyi öz bəyanatında sammitin yekun kommünikesində “İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük təcavüzkar müharibə” dən bəhs edilməməsini “təəccüblü” adlandırıb”, - qəzet yazır.

Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış edib I TAM MƏTN
Xatırladaq ki, avqustun 30-dan sentyabrın 1-dək Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində keçirilən “ŞƏT plyus” formatındakı görüşdə çıxış edib.

Azərbaycan Prezidenti sammit çərçivəsində Çinin sədri Si Cinpinlə , Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.

Bundan başqa Azərbaycan Respublikasının lideri bir sıra şirkətlərin rəhbərləri ilə də vacib görüşlər keçirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ŞƏT   Ukrayna   təəccüb  



Xəbər lenti