Tramp mühüm açıqlamalar verəcək

   Tramp mühüm açıqlamalar verəcək
  02 Sentyabr 2025    Oxunub:970
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evin Oval Ofisində açıqlama verəcək.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Çıxış elanı Donald Trampın iş qrafikində öz əksini tapıb.

ABŞ liderinin hansı mövzularda danışacağı barədə təfərrüat vurğulanmayıb.

Bildirilib ki, gözlənilən çıxış saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red.) baş tutacaq.

Hazırda Donald Trampın gündəliyində bir çox vacib mövzu mövcuddur: məsələn, Rusiya-Ukrayna münaqişəsi, idxal tarifləri, Cənubi Qafqazdakı vəziyyət, Çin və Hindistanla münasibətlər, Şimali Koreya lideri ilə mümkün görüş. Onun bu məsələlərdən birinə, yaxud tamamilə gözlənilməz məsələyə aid açıqlama verəcəyi istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident   açıqlama  



Xəbər lenti