Tramp: “Qəzzada müharibə İsrailə çox ziyan vurur”

      Tramp:    “Qəzzada müharibə İsrailə çox ziyan vurur”
  02 Sentyabr 2025    Oxunub:946
İsrail Qəzzada apardığı müharibədə qalib gələ bilər, amma ictimai rəydə uduzur.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “The Daily Caller” nəşrinə müsahibəsində belə deyib.

Maraqlıdır ki, keçən il seçkiqabağ kampaniya zamanı da Tramp belə bəyanat səsləndirsə də, yanvar ayında Ağ Evə qayıtdıqdan sonra indiyədək bu ifadəni işlətməmişdi.

“Müharibənin tez bir zamanda dayandırılması vacibdir. Onlar bu müharibəni bitirməlidirlər. Uzun sürən müharibə İsrailə ziyan vurur”, - Amerika lideri deyib.

O, eyni zamanda, Qəzza şəhərinin işğalı ilə bağlı mübahisəli planı dəstəklədiyini bildirib. ABŞ-də, o cümlədən respublikaçılar arasında İsrailə dəstəyin azalması ilə bağlı suala Ağ Ev rəhbəri “Bundan xəbərim var” cavabını verib.

İsrail ordusunun əməliyyatı iflasa uğrayıb?
Donald Tramp 15-20 il əvvəl İsrailin “Konqresdə ən güclü lobbiyə” və “tam nəzarətə” malik olduğunu, lakin vəziyyətin dəyişdiyini və ölkənin “xüsusilə Konqresin zərər çəkdiyini” qeyd edib.

“Vaxt var idi ki, siyasətçi olmaq istəyirdinsə, srail haqqında pis söz deyə bilməzdin. İsrail heç zaman görmədiyim ən güclü lobbiyə malik idi. Onlar Konqresə tam nəzarət edirdilər”, - ABŞ prezidenti vurğulayıb.

Xatrıladaq ki, bundan əvvəl İsrail ordusunun (ÇAXAL) daxili istifadə üçün nəzərdə tutulan sənədinə istinad edən “Keşet 12” telekanalının jurnalisti Amit Seqal İsrailin Qəzza zolağında həyata keçirdiyi “Gideonun döyüş arabaları” əməliyyatının iflasa uğradığını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   İsrail   Qəzza  



Xəbər lenti