Rusiyada miqrasiya sahəsində yeni qanunvericilik tədbirləri hazırlanır

Rusiyada miqrasiya sahəsində yeni qanunvericilik tədbirləri hazırlanır
  01 Sentyabr 2025    Oxunub:532
Rusiya Dövlət Duması miqrasiya siyasəti sahəsində yeni qanunvericilik tədbirləri hazırlayır.
AzVision.az RT-yə istinadla xəbər xəbər verir ki, bunu Rusiya Dövlət Dumasınnı sədri Vyaçeslav Volodin bildirib.

"Biz bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzərində işi davam etdiririk. Bir sıra təşəbbüslər hazırlanmaqdadır", - Dövlət Dumasının mətbuat xidməti onun sözlərini sitat gətirib.

Bundan əvvəl Volodin 2024-cü ildən miqrasiya siyasəti sahəsində 20-dən çox qanunun qəbul edildiyini açıqlamışdı.

2025-ci il fevralın 5-dən Rusiyada ölkədə qalma və ya yaşamaq üçün qanuni əsası olmayan əcnəbi vətəndaşlar üçün deportasiya rejimi tətbiq edilir.

AzVision.az





Teqlər:



Xəbər lenti