Polşa prezidenti Berlindən təzminat tələb edir
“Həqiqətə və yaxşı münasibətlərin təməlinə əsaslanan tərəfdaşlıq qurmaq üçün biz Almaniyadan təzminat məsələsini həll etməliyik. Mən Polşa prezidenti kimi birmənalı qaydada ümumi mənafe üçün lazım olanı tələb edirəm”, - Karol Navrotski II Dünya müharibəsinin başlanmasının ildönümü ilə bağlı anım tədbirlərində deyib.
Siyasətçi həmçinin bildirib ki, NATO-nun şərq cinahında əsas ölkə olan Polşanın Almaniya ilə ədalətə, həqiqətə və şəffaf münasibətlərə ehtiyac duyur. Onun sözlərinə görə, bununla belə, Polşanın Almaniyadan təzminatlara da ehtiyacı var.
- İnanıram ki, baş nazir və Polşa hökuməti prezidentin beynəlxalq arenada səsini dəstəkləyəcək və biz Qərb qonşularımızla birlikdə həqiqətən təhlükəsiz gələcəyimizi quracağıq”, - Karol Navrotski bir sıra məsələlərdə ona müxalif mövqedə dayanan baş nazir Donald Tuska xitabən vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Polşa Almaniya təzminat







Vaxtında, Aydın, Lazımlı!


