“Lazımi istintaq hərəkətləri davam edir. Mən mövcud məlumatların ictimaiyyətə təqdim olunması əmrini vermişəm. Bu dəhşətli qətlin bütün təfərrüatları aydınlaşdırılmalıdır”, - Ukrayna lideri öz Telegram-kanalında yazıb.
Ukraynanın Daxili İşlər naziri İqor Klimenko, öz növbəsində, şübhəli şəxsin Xmelnitski vilayətində saxlanıldığını bildirsə də, onun kimliyi ilə bağlı heç bir məlumat verməyib.
- İndi çox təfərrüat olmayacaq. Sadəcə onu deyə bilərəm ki, cinayət çox dəqiqliklə hazırlanıb: mərhumun hərəkət qrafiki öyrənilib, marşrutu tərtib olunub, cinyaət yerindən qaçış planı hazırlanıb”, - Klimenko qeyd edib.
|
| Ali Radanın keçmiş sədri qətlə yetirilib | VİDEO |
Xatırladaq ki, Andrey Parubiy avqustun 30-da günorta saatlarında Lvovun Frankovski rayonunda güllələnib. Ukrayna mətbuatının məlumatına görə, çatdırılma xidmətinin kuryeri forması geyinmiş qatil siyasətçiyə küçədə hücum edib. Qatil Oarubiyin kürəyinə bir neçə dəfə atəş açıb, bundan sonra o, elektro-velosipedlə hadisə yerindən qaçıb. Parubiy həkimlər gələnə qədər dünyasını dəyişib. Onun cəsədinin yanından yeddi güllə gilizləri tapılıb.
Ukraynanın hüquq-mühafizə orqanları Ali Radanın keçmiş sərdinin qətlə yetirilməsində Rusiya izinin ola bilməsi variantını da araşdırılar.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


