Aİ Ukraynaya qoşun yeridə bilər

   Aİ Ukraynaya qoşun yeridə bilər
  01 Sentyabr 2025    Oxunub:816
"Ukrayna ərazisinə qoşunların yerləşdirilməsi üçün "aydın yol xəritəsi" var".
Bu sözləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Şərqi Avropaya səfəri çərçivəsində "The Financial Times" qəzetinə müsahibə verərkən dilə gətirib. O vurğulayıb ki, belə bir məsələdə təhlükəsizlik zəmanətinin böyük əhəmiyyəti var.

"Bu barədə Ağ Evdə razılığa gəlmişik. Proses uğurla irəliləyir. Prezident Donald Tramp bizə təminat verib ki, bu işə ABŞ də töhfə verəcək", – xanım sədr söyləyib.

Qəzetin öz mənbələrinə istinadən verdiyi əlavə məlumata əsasən, Ukraynaya göndərilməsi nəzərdə tutulan qoşun ABŞ-nin komandanlığı, nəzarəti və kəşfiyyat dəstəyi altında fəaliyyət göstərəcək.

Sentyabrın 4-də Paris şəhərində Britaniya, Fransa və Almaniya liderlərinin, habelə Avropa İttifaqı (Aİ) və NATO alyansı rəhbərlərinin iştirakı ilə keçiriləcək görüşdə bu məsələ müzakirəyə çıxarılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   qoşun  



Xəbər lenti