Paşinyan öz sələflərini sərt şəkildə hədələyib

   Paşinyan öz sələflərini sərt şəkildə hədələyib
  28 Avqust 2025    Oxunub:1078
Erməni xalqı son parlament seçkilərinin nəticələri ilə ölkənin keçmiş prezidentlərinə öz yerini göstərib və qarşıdan gələn seçkilərdə də bunu edəcək.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə belə deyib.

“Hesab edirəm ki, xalqımız Serj Sarkisyana, Robert Köçəryana və Levon Ter-Petrosyana öz yerlərini göstərib. 1991-ci il seçkiləri istisna olmaqla, Sarkisyan, Köçəryan və Levon Ter-Petrosyan heç vaxt legitim, demokratik seçkilərdə qalib gəlməyiblər”, - Nikol Paşinyan vurğulayıb.

Paşinyan: “Azərbaycanla yeni danışıqlar olacaq”
Onun sözlərinə görə, seçkilərdə qələbə qazanmamaqlarına baxmayaraq, keçmiş liderlər ölkənin siyasi həyatında qalmaqda davam edir ki, bu da vətəndaşların narazılığına səbəb olur.

- Bölgələrdə insanlarla söhbət edəndə məni daha çox ona görə ittiham edirlər ki, bu adamlar hələ də Ermənistanda nəsə deməyə çalışırlar. Amma əminəm ki, qarşıdan gələn seçkilərdə xalq nəhayət həm Serj Sarkisyanın, həm də Robert Köçəryanın siyasi dilini kəsəcək və kökündən qoparacaq. Üstəlik, bu, siyasi, sivil yolla baş verməlidir, hüquqi proseslərlə isə bizim aidiyyətimiz yoxdur”, - Ermənistanın baş naziri vurğulayıb.

Xatırladaq ki, brifinq zamanı Nikol Paşinyan gələn ay Azərbaycanla Ermənistan arasında yeni danışıqların keçiriləcəyini də diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   sələfləri   təhdid  



Xəbər lenti