Onun sözlərinə görə, hazırda Fələstin problemi ilə əlaqədar İsrail və Fransa arasında diplomatik gərginlik mövcuddur.
(Fransa Prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi müşaviri Ofer Bronştayn)
"Hər halda, məsələ ilə əlaqədar müvafiq müzakirələr aparılmaqdadır. Nəzərə alsaq ki, Paris sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini tanımaq qərarını açıqlayacaq, onda səfirliklərin təsisi də təbii addımdır", – Bronştayn deyib.
Müşavirin fikrincə, Fransa səfirliyi İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində, yəni Fələstinin inzibati paytaxtında açıla bilər.
Digər tərəfdən, Fransanın İsraildəki səfirliyi Ofer Bronştaynın fikirlərinə hələlik şərh verməyib.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


