Hindistan və Pakistan atəşkəsi uzadıb

Hindistan və Pakistan atəşkəsi uzadıb
  15 May 2025    Oxunub:303
Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib.

O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

Bildirib ki, mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi.

Gərginlik aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam bölgəsində mülki şəxslərə hücum edildikdən sonra başlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti